Göygöldə torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkətində yaranan çətinlik aradan qaldırılıb - YENİLƏNİB

Hadisə
  • 06 iyun, 2026
  • 19:03
Göygöldə torpaq sürüşməsi nəticəsində avtomobillərin hərəkətində yaranan çətinlik aradan qaldırılıb - YENİLƏNİB

Göygöl rayonunun Aşıqlı kəndi ərazisində baş verən qismi torpaq sürüşməsi ilə bağlı tədbir görülüb.

"Report"un Qərb bürosu xəbər verir ki, yolun hərəkət hissəsinə sürüşən torpaq qatı aidiyyəti qurumun əməkdaşları tərəfindən təmizlənib.

Avtomobillərin maneəsiz gediş-gəlişi təmin edilib.

Göygöl rayonuna yağan güclü yağış yollarda çətinlik yaradıb.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi yola tərəf uçub, iri ağac əraziyə aşıb.

Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.

Hazırda bu istiqamətdə tədbirlər görülür.