Göyçayda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
- 03 noyabr, 2022
- 13:24
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən zəncirvari qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar 1960-cı il təvəllüdlü İbrahimov Vahid Məmməd oğlu və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü İbrahimova Aynur Davud qızıdır.
Hazırda onların müalicəsi Göyçay Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, hər iki şəxsin vəziyyəti orta ağırdır.
16.12
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə magistral yolun 189-cu kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Göyçaydan Bakı istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşı tərəfdən gələn “Chevrolet” markalı avtomobillə toqquşub.
Daha sonra hər iki maşın “VAZ 2106” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alanlar var. Hazırda onların kimliyi dəqiqləşdirilir.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.