Göyçayda pasport qeydiyyat şöbəsinin keçmiş rəisi qəza törədib
Hadisə
- 19 aprel, 2017
- 03:41
Göyçay. 19 aprel. REPORT.AZ/ Göyçay rayonunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə saat 00:30 radələrində, Ucar-Göyçay yolunda qeydə alınıb.
Belə ki, Göyçay rayon Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Xəyal Xanlar oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. X.Məmmədov hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, X.Məmmədov Göyçay Rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olub. O, bu yaxınlarda daxili işlər nazirinin müvafiq əmri ilə işdən azad edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
07:29
Tramp G20-nin maliyyə nazirlərinin görüşünü pozitiv adlandırıb
Digər ölkələr07:09
Bessent: ABŞ İranla sülh müqaviləsi bağlamaq istəyir
Digər ölkələr06:37
Venesuela parlamenti ABŞ ilə neft müqaviləsini dəstəkləyib
Digər ölkələr06:13
Rumıniyada onlarla turist qidadan zəhərlənib
Digər ölkələr05:48
Bessent: G20 Çinin mövqeyinə görə birgə kommünikedə razılığa gələ bilməyib
Digər ölkələr05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06