Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb
Hadisə
- 31 yanvar, 2024
- 19:47
Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Məlikkənd kəndində qeydə alınıb.
Yanğın zamanı kənd sakini Abdullayev Şamil Paşa oğluna məxsus ikimərtəbəli, ümümi sahəsi 200 kv. metr olan evin 140 kv. metr hissəsi əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə zamanı ev yiyəsinə külli miqdarda maddi ziyan dəyib.
Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:17
Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət16:57
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
Futbol16:55
Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Biznes16:54
Foto
Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub
İdman16:50
Foto
Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
Xarici siyasət16:48
AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur
ASK16:47
Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes16:38
Timur Pistryuqa: Minatəmizləmə ərazilərin bərpasının təməlidir
Xarici siyasət16:34