Göyçayda evində psixotrop maddə gizlədən keçmiş məhkum saxlanılıb
Hadisə
- 05 fevral, 2022
- 07:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
09:56
Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
Energetika09:56
Futzal departamentinin meneceri Fərrux Hüseynzadə beynəlxalq oyuna təyinat alıb
Futbol09:47
Yaponiyada 6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr09:45
"Azəriqaz" abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
İKT09:43
Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib
Region09:42
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - FAKTİKİ HAVA
Ekologiya09:40
İlham Əliyev: Milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Hərbi09:39
Foto
"ASAN xidmət" modeli Dominikanda tətbiq olunacaq
Xarici siyasət09:36
Foto