Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapılıb

Hadisə
  • 02 aprel, 2025
  • 15:47
Göyçaya qonaq gedən kişinin meyiti dərədən tapılıb

Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fuad Firuddin oğlu Kərimovun üzərində xəsarətlər olan meyiti aprelin 2-də Göyçay rayonunda, “Əlvan dərəsi” adlanan ərazidə aşkar olunub.

Məlumata görə, mərhum bayram tətili ilə əlaqədar Bakıdan Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F.Kərimovdan xəbər almaq mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

44 - Tezliklə