Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub
Hadisə
- 03 aprel, 2026
- 09:32
Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. O, idarə etdiyi "VAZ-21014" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.
Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.
Son xəbərlər
03:17
Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
Region02:54
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib
Region02:27
İzmirdə 56 qanunsuz miqrant saxlanılıb
Region01:57
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
Region01:23
Foto
Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - ƏLAVƏ OLUNUB
Xarici siyasət01:12
Ceyhun Bayramov LLDCs toplantısında Azərbaycanın tranzit və enerji qovşağına çevrildiyini bildirib
Xarici siyasət01:04
"Reuters": Sentyabrın 23-də Hörmüz vasitəsilə blokada ərzində rekord həcmdə neft daşınıb
Digər ölkələr00:52
Foto
Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib
Region00:44