Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub

Hadisə
  • 19 iyun, 2017
  • 07:43
Göyçay sakininin arvadı deyil, başqa şəxs tərəfindən öldürüldüyü məlum olub

Bakı. 19 iyun. REPORT.AZ/ Göyçay rayonunda qətlə yetirilən şəxsin Ucar rayon sakini tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 18-də rayonun Çərəkə kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət olunub.

Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

Meyit eksqumasiya edilib.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanməmmədov tutulub.

Qeyd edək ki, mətubatda Sadiq Musayevin arvadı Arzu Musayeva tərəfindən öldürülməsi barədə məlumat yayılıb.

44 filmi