Göyçayda baş verən avtomobil qəzasında hamilə qadın ağır xəsarət alıb
Hadisə
- 13 iyul, 2015
- 07:52
Bakı. 13 iyul. REPORT.AZ/ Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. "Report" xəbər verir ki, "VAZ 2107" markalı minik maşını ilə qarşı tərəfdən gələn "Volkswagen Touareg" toqquşub.
Qəza rayonun Heydər Əliyev prospektində olub. Zərbənin təsirindən "VAZ 2107"nin arxa qapısı açılıb və maşında olan sərnişin, Laçın rayonundan məcburi köçkün, Göyçayın Qaraməryəm kəndində məskunlaşan 1990-cı il təvəllüdlü Allahverdiyeva Günel Tofiq qızı yerə yıxılıb.
Zərərçəkmiş dərhal rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və yaralıya tibbi yardım göstərilib. Həkimlər hamilə olan Günel Allahverdiyevanın vəziyyətini orta ağır kimi qiymətləndiriblər.
Hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
14:22
Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Biznes14:22
Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək
Mədəniyyət siyasəti14:18
Ukraynalıların 82%-i Rusiyaya qalib gələcəklərinə əmindir
Digər ölkələr14:18
Bu ilin 7 ayında məişət zorakılığından zərər çəkmiş 25 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib
Sosial müdafiə14:07
Bolqarıstanda hərbi zavodda partlayış olub
Digər ölkələr13:39
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb
Futbol13:39
Ukrayna Tatarıstandakı "TANEKO" neft emalı zavoduna zərbə endirib
Digər ölkələr13:34
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika13:32