Goranboyda yük maşını yol ayrıcında maneəyə çırpılıb - FOTO

Hadisə
  • 14 avqust, 2018
  • 19:38
Goranboyda yük maşını yol ayrıcında maneəyə çırpılıb - FOTO

Goranboy. 14 avqust. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Goranboy ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Goran qəsəbəsi ərazisi ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol ayrıcındakı metal maneəyə çırpılıb.

Nəticədə magistral yolda bir müddət qismən tıxac yaranıb. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda avtomobillərin hərəkəti tam bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.