Goranboyda yol qəzasında avtomobil qaz kəmərini qırıb, yaşayış məntəqələrinin qaz təminatı dayandırılıb
Hadisə
- 18 sentyabr, 2019
- 17:23
Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Report"a verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb. Nəticədə 3 yaşayış məntəqəsində 1000-dən çox abonentin qaz təminatı dayandırılıb.
Bildirilir ki, qazın verilişi üçün bərpa işləri sabah səhər saatlarında görüləcək.
Qeyd edək ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Son xəbərlər
10:52
DYP Formula-1 ilə əlaqədər sürücülərə müraciət edib
Digər10:41
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Sənaye10:39
Xankəndi stadionunda təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır
Futbol10:38
Qazaxıstan infrastrukturun inkişafına 6 milyard dollar cəlb etməyi planlaşdırır
Region10:37
İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcək
Sənaye10:37
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 %-ə yaxın artıb
İnfrastruktur10:34
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib
Hadisə10:33
Foto
Dövlət Xidməti Bərdədə gənclər üçün tədbir keçirib
Sosial müdafiə10:32