Goranboyda qəzada xəsarət alan 7 nəfərdən 2-si evə buraxılıb - YENİLƏNİB - 2

Hadisə
  • 05 may, 2026
  • 11:15
Goranboyda qəzada xəsarət alan 7 nəfərdən 2-si evə buraxılıb - YENİLƏNİB - 2

Goranboyda avtoqəzada xəsarət alan 7 nəfərdən (1-i kişi, 6-sı qadın) 2-si evə buraxılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən birinin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Müxbir: Sevil Seymur

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları açıqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar 1990-cı il təvəllüdlü Arzu Nəbiyev, 1986-cı il təvəllüdlü Xəyalə Cəfərova, 1982-ci il təvəllüdlü Suqra Quluyeva, 1975-ci il təvəllüdlü Şəlalə Abdullayeva, 1962-ci il təvəllüdlü Nigar Mustafayeva, 1972-ci il təvəllüdlü Zəkiyə Məmmədova, 1989-cu il təvəllüdlü Aysel Şirinova, 1973-cü il təvəllüdlü Yeganə Məmmədovadır.

Məlumata görə, sözügedən şəxslər istixana işçiləridir.

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.