Goranboyda avtoqəzada ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Hadisə
  • 08 iyun, 2026
  • 14:49
Goranboyda avtoqəzada ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Goranboy rayonunda baş verən avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı Şahbaz Qarayev (1940) və Rza Qasımov (1969) hadisə yerində ölüblər.

Xəsarət alan Çinarə Əsgərova ( 1991), Gülsanə Tağıyeva (1994), Səməndər Cəfərov ( 1952), həmçinin şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha bir nəfər Gəncə Şəhər və Goranboy Rayon xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.

"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.