Goranboyda avtomobilin mal-qaraya çırpılması nəticəsində üç nəfər xəsarət alıb

Hadisə
  • 16 yanvar, 2026
  • 09:36
Goranboyda avtomobilin mal-qaraya çırpılması nəticəsində üç nəfər xəsarət alıb

Goranboy rayonunda avtomobil mal-qaraya çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ" markalı avtomobil mal-qaraya çırpılıb, daha sonra idarəetmədən çıxaraq dərəyə düşüb. Qəza nəticəsində sürücü, 1998-ci il təvəllüdlü F.Əliyev, sərnişinlər 1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü S.Şadmanova xəsarət alıb.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün səhər saat 09:20 radələrində xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti