Goranboyda baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb - YENİLƏNİB
- 12 yanvar, 2023
- 18:48
Goranboy rayonunda baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Həsənov Hacı Malik oğlu, 1955-ci il təvəllüdlü Rəhimova Həqiqət Ələddin qızı, 1987-ci il təvəllüdlü Rəhimov Arzu Mustafa oğlu və 1998-ci il təvəllüdlü Həsənova Fatimə Mustafa qızı xəsarət alıblar.
Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara çatdırılıb. Xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
22:00
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.