Goranboyda 21 yaşlı gənci öldürən hakim qarşısına çıxarılır

Hadisə
  • 20 may, 2020
  • 14:01
Goranboyda 21 yaşlı gənci öldürən hakim qarşısına çıxarılır

Goranboyda qətl törətməkdə təqsirləndirilən Kamran Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı İsgəndərov Faiq Kənan oğlu bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Məmmədov Kamran Ələddin oğlu tutularaq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.