Goranboy sakininin güllələnməsi ilə bağlı cinayət işi açılıb
Hadisə
- 26 iyun, 2021
- 07:25
İyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Son xəbərlər
09:37
İndoneziya sahillərində bərədə yanğın baş verib, 112 nəfər xilas edilib
Digər ölkələr09:29
XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
Xarici siyasət09:24
"Murov Az Terminal" Tamara Popiçlə müqavilə imzalayıb
Komanda09:21
"Everton" Kayl Uokeri transfer etmək istəyir
Futbol09:21
Novorossiyskə PUA hücumu nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb
Region09:14
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.08.2026)
Maliyyə08:59
Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
Region08:58