Gəncəyə yağan güclü leysan ciddi fəsadlar törədib - FOTO
Hadisə
- 10 iyun, 2016
- 10:40
Gəncə. 10 iyun. REPORT.AZ/ Gəncəyə yağan güclü leysan bir sıra fəsadlar törədib.
"Report"un Qərb bürosu xəbər verir ki, ötən gün axşamdan bu gün səhərə qədər davam edən güclü yağış səbəbindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Gəncənin əsas istirahət məkanlarından biri olan “Xan bağı”nda iri ağac küləyin təsirindən aşaraq ərazidəki iaşə obyektinin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə ziyan dəyib.
Bundan başqa, şəhərin Gülüstan və Məhsəti qəsəbələrində bəzi həyət evlərinə, zirzəmilərə, həyətyanı sahələrə su dolub. Nəticədə bir çox ev əşyaları yararsız hala düşüb, hinlərdəki ev quşları boğularaq tələf olub.
Son xəbərlər
21:22
Tramp ABŞ-nin İranla münaqişədə xərclərinə görə digər ölkələrdən kompensasiya tələb edir
Digər ölkələr21:17
Foto
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
Fərdi21:10
Zelenski: Ukrayna etibarlı zəmanətlər müqabilində Rusiyanın enerji obyektlərinə zərbələr endirməyəcək
Digər ölkələr21:07
Azərbaycan idmançıları kayak və kanoe üzrə "Olimpiya ümidləri" turnirində iştirak edəcəklər
Fərdi20:48
Premyer Liqanın V turunda "Sabah" "Şəfa"ya qalib gəlib
Futbol20:38
Azərbaycanın çimərlik güləşi millisi Dünya Seriyasının final mərhələsinə hazırlığa başlayıb
Fərdi20:23
Aİ yekun qərarın qəbul edilməsi üçün Rusiyaya qarşı sanksiyaların müddətini bir həftə uzadıb
Digər ölkələr20:14
"Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Xarici siyasət20:04