Gəncədə zəncivari qəza baş verib, 3 avtomobilə ziyan dəyib
Hadisə
- 24 avqust, 2016
- 09:19
Gəncə. 24 avqust. REPORT.AZ/ Gəncədə zəncirvari qəza baş verib.
Gəncə şəhər Dövlət Yol Polisi İdarəsindən “Report”un Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Gəncə sakini Rəşid Abbasovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və Ruslan Cəfərova məxsus "Hyundai Elantra" markalı avtomobilə arxadan çırpılıb. Zərbənin gücündən “Hyundai Elantra” əks tərəfdən gələn "Chevrolet" markalı avtobillə toqquşub.
Qəza nəticəsində ciddi xəsarət alan olmasa da hər 3 avtomobilə ziyan dəyib.
Faktla bağlı Gəncə şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Son xəbərlər
18:35
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
Digər ölkələr18:26
Abaşidze: ADDL Orta Dəhlizə mühüm töhfə verəcək
Region18:09
Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb
Region17:55
Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb
Maliyyə17:46
Azərbaycanda nağdsız ödənişlər il ərzində 17 %-dən çox artıb
Maliyyə17:44
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəlib - YENİLƏNİB
Fərdi17:37
Azərbaycanda əmlak sığortası bazarı 30 %-dən çox böyüyüb
Maliyyə17:33
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
Maliyyə17:19