Gəncədə yeniyetməni öldürməkdə şübhəli bilinən şəxs müəyyənləşib - YENİLƏNİB

Hadisə
  • 08 oktyabr, 2025
  • 15:11
Gəncədə yeniyetməni öldürməkdə şübhəli bilinən şəxs müəyyənləşib - YENİLƏNİB

Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü R.Cəfərov olduğu müəyyən edilib.

Hazırda onun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Gəncə şəhərində yeniyetmə bıçaqlanaraq öldürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının birinin yaxınlığında qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli mübahisə zəminində bıçaqlanaraq aldığı xəsarətdən ölüb.

Hadisənin şəxsi münasibətlər zəmnində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti