Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- 07 fevral, 2023
- 06:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhər sakini qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Ramil Musayevin məhkəməsi başlayır.
"Report" xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin başlayacağı tarix hələ məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Gəncə şəhərində qeydə alınıb.
Belə ki, ittihama görə, 1993-cü il təvəllüdlü R.Musayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1979-cu il təvəllüdlü Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirib.
Sonuncu almış olduğu xəsarət nəticəsində ölüb.
R.Musayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.