Gəncədə qətl törətməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Hadisə
  • 13 may, 2019
  • 12:59
Gəncədə qətl törətməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Gəncə şəhərində qətl törətməkdə təqsirləndirilən Azər Nağıyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Gəncə şəhərində baş verib. Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü A.Nağıyev mübahisə zəminində Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Katiblini qətlə yetirib. Daha sonra A.Nağıyev polis tərəfindən saxlanılıb.

44 - Tezliklə