Gəncədə "Qazel" beton maneəyə çırpılıb, 1 nəfər yaralanıb
Hadisə
- 28 avqust, 2016
- 04:04
Gəncə. 28 avqust. REPORT.AZ/ Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gəncə şəhər Dövlət Yol Polisi İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəhər sakini Səbuhi Nağıyev idarə etdiyi "Qazel" markalı avtomobil ilə Zülfü Hacıyev küçəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Baş vermiş avtoqəzanın dəqiq səbəbləri araşdırılır.
Son xəbərlər
21:07
CENTCOM SEPAH-ın bəyanatlarını təkzib edib
Digər ölkələr21:03
Foto
Video
UEFA Konfrans Liqası: "Zirə"nin "Payde" ilə matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol21:02
Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
Fərdi20:59
UEFA Konfrans Liqası: "Dinamo" - "Neftçi" oyunu başlayıb
Futbol20:48
Avropa Liqası: ÇSKA və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
Futbol20:47
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib
Elm və təhsil20:46
Yəmən Bab-ül-Məndəb boğazının müdafiəsi üçün beynəlxalq koalisiya yaratmağa çağırıb
Digər ölkələr20:32
Livan Prezidenti: Türkiyə ən çətin günümüzdə yanımızda oldu
Region20:26