Gəncədə qadını avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Hadisə
  • 27 fevral, 2019
  • 18:07
Gəncədə qadını avtomobil vuraraq öldürüb - YENİLƏNİB
Foto: "Report"

Gəncə. 27 fevral. REPORT.AZ/ Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı ağır bədən xəsarətləri alanSara Süleymanova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 


*** 21:13

Gəncə. 27 fevral. REPORT.AZ/ Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istyəyən piyada qadını vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stransiyasının həkimləri cəlb olunub. Ağır bədən xəsarətləri alan "qadın təcili" yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.