Gəncədə maskalılar evə basqın ediblər - YENİLƏNİB

Hadisə
  • 27 fevral, 2018
  • 06:54
Gəncədə maskalılar evə basqın ediblər - YENİLƏNİB

Gəncə. 28 fevral. REPORT.AZ/ Gəncə şəhərində evə basqın edən maskalı şəxslər tutulub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Bayram oğlu Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar. 

Polis əməkdaşlarının zərərsizləşdirkləri soyğunçuların üzərinə baxış keçirilən zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı müəyyən olunub ki, A.Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb və hazırda Bakı şəhər Binəqədi RPİ-də dələduzluq etdiyinə görə istintaqa cəlb olunub.

Qeyd edək ki, soyğun zamanı onların götürdükləri 1 ədəd mobil telefon və 1 ədəd gümüş üzük istintaqa təhvil verilib.


***9:54

Gəncə. 28 fevral. REPORT.AZ/ Gəncə şəhərində maskalılar evə basqın ediblər.

"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci il təvəllüdlü Əbruz Asəf oğlu Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə "102" xidmətinə zəng edib.

Faktla bağlı araşdırma aparılır.