Gəncədə mağaza yanıb
Hadisə
- 26 may, 2018
- 07:12
Gəncə. 26 may. REPORT.AZ/ Gəncə şəhərində mağaza içərisindəki əşyalarla birlikdə yanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.
Qarışıq mallar mağazasında baş vermiş yanğın yerinə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan mağaza içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın qonşu mağazaya da keçib və həmin dükanın da 25 kvadratmetr dam örtüyü alışıb.
Yanğın söndürülüb, xəsarət alan yoxdur.
Yanğın nəticəsində qarışıq mallar mağazasının sahibi Rəşid Zeynalova ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:44
Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
Elm və təhsil10:42
Azərbaycanda hibrid təhsil modeli tətbiq edilən məktəblərin sayı 48-ə çatdırılacaq
Elm və təhsil10:38
Bu il 280 min məzuna elektron qaydada diplom verilib
Elm və təhsil10:37
Azərbaycan və Kamboca ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsini razılaşdırıb
Biznes10:36
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
Region10:30
Bağçaların tərbiyəçi-müəllimləri gələn ay sertifikatlaşdırma prosesinə cəlb olunacaq
Elm və təhsil10:30
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
Futbol10:27
Məktəbəhazırlıq qrupları üzrə yerlərin sayı 85 mindən 104 minə yüksəlib
Elm və təhsil10:26