Gəncədə inzibati binada baş verən yanğında 7 nəfər təxliyə edilib - YENİLƏNİB
- 17 iyul, 2023
- 07:14
Gəncədə inzibati binada baş verən yanğında 7 nəfər təxliyə edilib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhərində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində ümumi sahəsi 6 m² olan elektrik otağında 1 ədəd elektrik lövhəsi yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10.08
Gəncədə inzibati binada yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, ləğv edilmiş Nizami Rayon İcra Hakimiyyətinin (RİH) binasının 4-cü mərtəbəsində olan otaqlardan birində elektrik şitində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın tez bir zamanda söndürülüb.
İlkin məlumatlara görə, hadisə qısaqapanma səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.