Gəncədə ikimərtəbəli restoranda yanğın olub, müştərilər təxliyyə olunub
Hadisə
- 15 iyul, 2016
- 06:02
Gəncə. 15 iyul. REPORT.AZ/ Gəncə şəhərində "Dönər evi" adı ilə fəaliyyət göstərən ikimərtəbəli restoranda yanğın baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami prospektində yerləşən restoranın birinci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün restoranı əhatə edib. Yanğın zamanı restoranda olan müştərilər və işçilər təxliyyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Yanğın zamanı ikimərtəbəli "Dönər evi" əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Son xəbərlər
12:27
Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib
Hadisə12:24
Sentyabrın ilk gününün havası açıqlanıb
Ekologiya12:15
Sabahdan 199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
İnfrastruktur12:14
Masallı sakini ağacdan yıxılaraq ölüb
Hadisə12:12
"Zirə" tarixində üçüncü dəfə çempionata 3 qələbə ilə başlayıb
Futbol12:06
"Qarabağ" Dani Boltla yolları ayırıb
Futbol11:54
Foto
Azərbaycan və Çin Baş prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət11:49
Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub
Futbol11:41