Gəncədə avtomobil motosikletə çırpılıb, xəsarət alan var

Hadisə
  • 05 oktyabr, 2019
  • 19:27
Gəncədə avtomobil motosikletə çırpılıb, xəsarət alan var

Gəncədə bir nəfərin xəsarətilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində “VAZ-2107” markalı avtomobil motosikletə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü, Ramin Həmzəyev xəsarət alıb. O, xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.