Gəncədə ata-oğulu bıçaqlayan hakim qarşısına çıxarılır
Hadisə
- 16 mart, 2020
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Süleyman Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Elmin Rüstəmovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Gəncədə baş verib. 1987-ci il təvəllüdlü şəhər sakini Hüseynov Tərlan Xəyyam oğlu gecə saatlarında mübahisə zəminində S.Vəliyev tərəfindən bıçaqlanıb.
Onları ayırmağa çalışan atası Xəyyam Hüseynov da yaralanıb.
S.Vəliyevə Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.
Son xəbərlər
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region