Gəncədə ana 12 yaşlı qızını yandıraraq öldürüb

Hadisə
  • 11 sentyabr, 2016
  • 10:39
Gəncədə ana 12 yaşlı qızını yandıraraq öldürüb

Gəncə. 11 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.

İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.