Gəncədə alkoqol düşkünü olan şəxs qıcolma keçirərək ölüb

Hadisə
  • 16 sentyabr, 2017
  • 07:55
Gəncədə alkoqol düşkünü olan şəxs qıcolma keçirərək ölüb

Gəncə. 16 sentyabr. REPORT.AZ/ Gəncədə 51 yaşlı kişini küçədə qıcolma tutub və o, ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində yerləşən marketlərin birinin qaşısında baş verib. 

1966-cı il təvəllüdlü Arzu Firuddin oğlu Qurbanov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Amma vətəndaş orada dünyasını dəyişib.

Mərhumun spirtli içki düşkünü olduğu və son bir neçə gündə ardıcıl olaraq alkoqol qəbul etdiyi. bu səbəbdən qıcolma keçirdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.