Gəncədə 6 il əvvəl itkin düşmüş şəxsin meyitinin qalıqları evin həyətindən çıxarılıb

Hadisə
  • 13 aprel, 2026
  • 10:53
Gəncədə 6 il əvvəl itkin düşmüş şəxsin meyitinin qalıqları evin həyətindən çıxarılıb

Gəncədə 6 il əvvəl qətlə yetirildiyi ehtimal olunan 70 yaşlı kişinin meyitinin qalıqları tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü Əli Mahmudov 2020-ci ildən axtarışda olub.

Evin həyətində tapılan qalıqların ona aid olduğu ehtimal edilir.

Gəncə Şəhər Prokurorluğu və polis əməkdaşları hadisə yerində araşdırma aparır.

44 - Tezliklə