Gəncədə qidadan zəhərləndiyi ehtimal olunan şəxslərdən birinin vəziyyəti ağırdır - YENİLƏNİB
- 14 iyul, 2026
- 19:28
Gəncədə ikisi azyaşlı olmaqla zəhərlənən beş nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, dörd nəfərin vəziyyəti stabil, birinin isə orta ağır qiymətləndirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bu, Gəncədə son üç gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir.
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə Abbas Səhət adına Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.
Zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilən şəxslər Tapdıq Həsənli (1999), Leyla Hüseynova (1951), Ramil Məmmədov (1982) və Ülviyyə Hacıyevadır (1974).
Bundan başqa, daha iki azyaşlının zəhərləndiyi bildirilir. Azyaşlılar Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb.