Gəncə sakininin gözündən şüşə qırıntıları çıxır - FOTO
Hadisə
- 12 mart, 2015
- 14:35
Bakı. 12 mart. REPORT.AZ/ Gəncədə qeyri-adi hadisə baş verib. "Report”un məlumatına görə, şəhər sakini Türkan Həsənovanın gözündən şüşə qırıntıları çıxmağa başlayıb. İlk dəfə bu cür hadisə ilə 2 il əvvəl üzləşdiyini deyən T.Həsənovaya həkimlər o zaman ilkin yardım göstərib. Ancaq o, nəticədən razı qalmadığından Bakıdakı xəstəxanalara üz tutmaq qərarına gəlib. Xəstəni ətraflı müayinə edən həkimlər gözdən çıxan qırıntıları laborator müayinəyə verib. Prosesin gedişatını isə mikroskop vasitəsilə qeydə alıb. T.Həsənovanın müalicəsinin nə cür aparılacağı və gözündən çıxan şüşə qırıntılarının tərkibi araşdırmalardan sonra müəyyənləşəcək.
Son xəbərlər
17:02
"İmişli" anqolalı futbolçu Fransişku Moraişin transferini açıqlayıb
Futbol17:01
Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə16:49
Foto
Azər Məmmədov Qaxda vətəndaş qəbulu keçirib
Energetika16:49
Foto
Şəhid övladları İzmirdə "IV Kosmik Düşərgə"də iştirak ediblər
Sosial müdafiə16:32
Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur16:24
İsveç Finlandiyanın hava məkanını qorumaq üçün "Gripen" qırıcıları və hərbi gəmilər göndərəcək
Digər ölkələr16:15
SOCAR ilk dəfə Xəzərdə OBN texnologiyasının tətbiqi ilə 3D seysmik kəşfiyyat işlərinə başlayıb
Energetika16:14
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
Biznes16:12