Gədəbəydə mikroavtobusla avtomobil toqquşub, 20-yə yaxın sərnişin xəsarət alıb - YENİLƏNİB
- 24 sentyabr, 2025
- 09:19

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.
Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.