Gədəbəydə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Hadisə
- 09 may, 2015
- 17:18
Bakı. 9 may. REPORT.AZ/ Bu gün Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində 2 "VAZ 2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Zərərçəkmişlərin ikisinin vəziyyəti normal olduğundan onlar ambulator müalicəyə buraxılıblar. Digər xəstə Arıxdam kənd sakini 71 yaşlı Zirəddin Quliyev Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın həkimi Mehman Rzayevin verdiyi məlumata görə, hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
19:37
Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib
Sosial müdafiə19:29
Cəlilabadda zəlzələ baş verib
Hadisə19:24
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur19:18
Video
Mehriban Əliyeva sosial şəbəkə hesablarında Bilgəh incəsənət məktəbinin açılışı ilə bağlı videoçarx paylaşıb
Mədəniyyət siyasəti19:04
"Barselona"nın futbolçusu Mark Kasado karyerasını Almaniyada davam etdirə bilər
Futbol19:04
Qalibaf: İran hazırda böyük problemlərlə üz-üzədir
Region18:53
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır
Elm və təhsil18:48
Foto
Video
Daşkənddə beynəlxalq media forumunun iştirakçıları Özbəkistan Prezidentinə müraciət qəbul ediblər
Media18:44