Gədəbəy sakininə 8 bıçaq zərbəsi vurulub

Hadisə
  • 29 avqust, 2016
  • 07:18
Gədəbəy sakininə 8 bıçaq zərbəsi vurulub

Gədəbəy. 29 avqust. REPORT.AZ/  Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şəkərbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1960-cı il təvəllüdlü Şahin Məhəmməd oğlu Səfərov bədəninin müxtəlif yerlərindən 8 bıçaq yarası alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya gətirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı Gədəbəy Rayon Polisi Şöbəsində araşdırmalara başlanılıb.