Füzulidə partlamamış tank mərmisi aşkar olunub

Hadisə
  • 14 avqust, 2017
  • 08:16
Füzulidə partlamamış tank mərmisi aşkar olunub

Bakı. 14 avqust. REPORT.AZ/ Füzuli rayonunun Arayatlı kəndi ərazisində partlamamış mərmi aşkarlanıb. 

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.  

Bildirilib ki, avqustun 14-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Füzuli rayonunun Arayatlı kəndi ərazisində partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunan 1 ədəd 125 mm-lik tank mərmisi (OF-26) götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 900 kv.metr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.