​Paytaxtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Hadisə
  • 23 dekabr, 2014
  • 17:45
​Paytaxtda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakıda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.