Qaxda 44 yaşlı kişi öz-özünü bıçaqlayıb

Hadisə
  • 27 yanvar, 2019
  • 17:36
Qaxda 44 yaşlı kişi öz-özünü bıçaqlayıb

Qax. 27 yanvar. REPORT.AZ/ Qax rayonunda 44 yaşlı kişi öz-özünü bıçaqlayıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaxbaş kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Firudin Hüseyn oğlu Qədirli qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı F.Qədirli yaşadığı ünvanda intihar etmək məqsədilə özünə bıçaq xəsarəti yetirdiyini bildirib. 

O, əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qaxda evlərdən və mağazalardan silsilə oğurluq edən şəxslər saxlanılıb. 

44 - Tezliklə