FHN rəsmisi: Hər bir attraksion texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir

Hadisə
  • 18 mart, 2026
  • 12:31
FHN rəsmisi: Hər bir attraksion texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir

Hər bir attraksion texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.

O bildirib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükə potensiallı obyektlərdə texniki nəzarətin təşkili və onun icra olunması üçün dövlət nəzarətini həyata keçirir:

"Texniki baxış zamanı təhlükə potensiallı attraksionların istismara hazırlığı, onların təmir edilməsi üçün cavabdeh şəxslərin təyin olunması və atraksionların aidiyyəti üzrə operatorlarla təmin edilməsi yoxlanılır. Hər bir mexanikləşdirilmiş attraksion istismara buraxılmamışdan əvvəl texniki pasportu ilə ekspertizadan keçirilərək qeydiyyata alınmalı və texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir. Attraksionun sahibi hər bir attraksionun təhlükəsiz istismarını təmin etmək üçün əmr verməli, həmin əmrlə cavabdeh şəxsin biliyi yoxlanılmalı, eləcə də sözügedən şəxs müvafiq vəsiqə ilə təmin edilməlidir. Bu gün baxış keçiriləcək atraksionlarda texniki təhlükəsizlik sertfikatı var, hazırda istismara yararlıdır".

44 filmi