FHN: Ötən həftə 148 yanğına çıxış olub, 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Hadisə
  • 22 sentyabr, 2025
  • 10:22
FHN: Ötən həftə 148 yanğına çıxış olub, 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub

Ötən həftə 148 yanğına çıxış olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 148 yanğına çıxış, 34 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 14-ü azyaşlı olmaqla 57 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti