FHN: Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb

Hadisə
  • 13 iyul, 2026
  • 09:26
FHN: Ötən həftə 560 yanğına çıxış olub, 12 nəfərin meyiti tapılıb

Ötən həftə ərzində 560 yanğına çıxış olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həftə ərzində 49 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 58 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 5 nəfər xəsarət alıb, 12 nəfərin meyiti təhvil verilib.