FHN Binəqədi rayonunda binada yanğınla bağlı məlumat yayıb
Hadisə
- 15 avqust, 2016
- 17:56
Bakı. 15 avqust. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb.
Hadisə nəticəsində mətbəxdə olan paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, bu binada ötən il mayın 19-da faciə ilə nəticələnən yanğın baş vermişdi.
Son xəbərlər
00:27
Foto
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət00:07
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Xarici siyasət00:00
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Xarici siyasət23:56
"Exit-poll": Qazaxıstan parlamentinə beş partiya daxil olur
Region23:54
Foto
Video
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
Xarici siyasət23:25
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət siyasəti23:18
Foto
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub
Xarici siyasət23:05
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
Energetika22:52
Foto