FHN Bakıda kranın aşması ilə bağlı məlumat yaydı
Hadisə
- 04 sentyabr, 2020
- 11:16
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.
FHN-dən "Report"a verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı doqquzmərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.
İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.
Son xəbərlər
13:34
Qusev həmrəyliyə və Ukraynanın bərpasına dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Xarici siyasət13:21
İordaniya kralı Çinə beşgünlük dövlət səfəri edəcək
Digər ölkələr13:20
Sebastyan Lekornyu yerli sakinlər tərəfindən fitə basılıb
Digər ölkələr13:13
Azərbaycanda bir sıra müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
İnfrastruktur13:05
Azərbaycanın 7 ayda neft ixrac etdiyi TOP-10 ölkə
Energetika12:48
Azərbaycanın qızlardan ibarət U-15 millisi UEFA İnkişaf Turnirində son oyununu keçirib
Futbol12:46
Yanvar-iyul aylarında narkotiklərin qanunsuz dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edilib
Hadisə12:40
Bu ilin 7 ayı ərzində 187 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə12:39