Azərbaycanda fərdi yaşayış evində partlayış olub, ölən və yaralananlar var - FOTO
Hadisə
- 05 dekabr, 2015
- 17:18
Bakı 5 dekabr. REPORT.AZ/ Bərdə rayonunda fərdi yaşayış evində partlayış baş verib. ''Report''un məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Əli Məmmədova məxsus fərdi yaşayış evində baş verən partlayış evin yanmasına səbəb olub. Hadisə qeyri-standart qaz sobasının partlaması nəticəsində baş verib. Yanğın nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər Fidan Məmmədova ve onun bir yaşlı qızı Səba Məmmədovadır.
Yaralılardan dörd nəfərinin adı məlumdur. Həmin şəxslər bunlardır: Fəxriyyə Ənvər qızı, Vüsal Əli oğlu, Eldar Əli oğlu, Səma Vüsal qızı Məmmədovlar
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Son xəbərlər
17:50
"Daşkənd Fond Birjası" ABB ilə müqavilədən sonra "Davr Bank"ın səhmləri ilə ticarəti bərpa edir
Maliyyə17:49
Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq
Energetika17:44
Foto
Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb
İnfrastruktur17:36
Foto
Qubada III "Ulduz Cup" beynəlxalq futbol turniri başa çatıb
Futbol17:21
Foto
SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib
Energetika17:18
İspaniyada 4 dəqiqə ərzində muzeydən 1,7 milyon avro dəyərində qızıl əşyalar oğurlanıb
Digər ölkələr17:13
Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməməsinin səbəbləri açıqlanıb
İKT17:03
"Liverpul" Barkolanın transferi üçün PSJ ilə anlaşıb
Futbol17:00