Ermənilərin atəşkəsi pozması nəticəsində ATV-nin operatoru yaralanıb - FOTO
Hadisə
- 26 aprel, 2016
- 05:28
Bakı. 26 aprel. REPORT.AZ/ Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttində növbəti dəfə təxribatlar yaradaraq atəşkəs rejimini pozub.
"Report"un məlumatına görə, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan Televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.
Belə ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib.
Yaralı dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicəyə göndərilib.
Son xəbərlər
14:21
Kazanda 30-dan çox şəxs bağırsaq infeksiyasına yoluxub
Region14:20
"Naxçıvan" Murad Babayevi heyətinə qatıb
Komanda14:17
Naxçıvanda əhalinin sayı 0,3 % artıb
Daxili siyasət14:17
AAYDA: Yeni tədris ili öncəsi paytaxtda 65 küçə və prospekt yenilənib
İnfrastruktur14:15
"Sabah" basketbol klubu Tajuan Eydjini transfer edib
Komanda14:11
Anar Cəfərov: "Fermerləri narahat edən məsələlər aidiyyəti dövlət qurumlarına yönləndirilir"
ASK14:10
ADB Azərbaycanda istiqraz buraxılışını nəzərdən keçirir
Maliyyə14:10
Hakan Fidan sabah Azərbaycana səfər edəcək
Xarici siyasət14:09