Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB-3 - FOTO
- 23 may, 2019
- 05:32
Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Əət-Astar magistralının 86-cı kilometrliyində Neftçala rayonunun ərazisində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan “Ford” markalı mikroavtobus yüksək sürətlə qarşıda gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölənlər:
1998-ciil təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu,
1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu,
1971-ci il təvəllüdlü Mirzəyev Səlim müzəffər oğlu,
1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu.
Hadisə yerinə gələn təcili yardım maşınları ilə ölən şəxslərin meyiti müayinə olunması üçün Salyandakı məhkəmə-tibbi ekspertisasına göndərilib. Xəsarət alanlar isə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şahidlərin sözlərinə görə, qəza mikroavtobus sürücüsünün səhlənkarlığı ucbatından olub.
Faktla bağlı araşdırma aparılır.
*** 09:10
Ələt-Astara avtomobil yolunun Neftçala rayonundan keçən hissəsində baş verən ağır yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.
*** 06:33
Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***06:17
Ələt-Astara magistralında ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində qeydə alınıb.
Qəza zamanı 3 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Hazırda hadisə yerinə "təcili yardım" maşınları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.