Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb
Hadisə
- 19 noyabr, 2025
- 09:50
Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MAN" markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.
Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb
Son xəbərlər
14:48
Azərbaycan Voleybol Federasiyasının "2-ci dərəcə" məşqçi kursu başa çatıb
Komanda14:47
"Çevikçi" kursunu bitirən hərbi qulluqçulara beretlər təqdim olunub
Hərbi14:46
Zelenski: Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər
Digər ölkələr14:46
Serbiyada neft məhsulları üçün aksiz rüsumları azaldılıb
Digər ölkələr14:44
Azərbaycan Mərkəzi Bankının notları üzrə ticarətin məbləği 30 %-dən çox azalıb
Maliyyə14:43
Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Elm və təhsil14:40
Azərbaycandakı sığorta şirkətlərinin qısamüddətli aktivlərinin məbləğinə görə renkinqi (01.01.2026)
Maliyyə14:38
Azərbaycanın kapital bazarında orta çəkili borcalma dərəcəsi açıqlanıb
Maliyyə14:36